Ermənistan Ordusu itkilərinin daha bir hissəsini etiraf edib.

Open.az Modern.az-a istinadən xəbər verir ki, budəfəki siyahıda 59 hərbçinin adı var. Beləliklə, Ermənistan Qarabağ döyüşlərində 1068 hərbçi qulluqçusunun ölümü rəsmən etiraf edib.

Düşmən tərəfinin verdiyi itkilərin bundan dəfələrlə çox olduğu, ölkə ictimaiyyətindən gizlədildiyi xəbər verilir.