Ermənilər tərəfindən Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə atılan raket iki evin həyətinə düşüb.

Open.az "Report"un Qərb Mərkəzinə istinadən xəbər verir ki, Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə Ermənistan silahlı qüvvələri tərəfindən atılan 9M528 "Smerç" raketi iki yaşayış evinin həyətinə düşüb.

Xəsarət alan olmasa da, evə və yaxınlıqdakı tikililərə zərər dəyib.