Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kursları başa çatan gənc əsgərlər döyüş təyinatlı birləşmə və hissələrə yola salınıblar.

Müdafiə NazirliyindənOpen.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çıxış edənlər məşğələlərdə yenilməz döyüşçü keyfiyyətlərinə yiyələnən gənc əsgərlərə xidmətlərində uğurlar arzulayıblar.

General-mayor Teymur Eyyubov şəxsi heyəti təbrik edərək bildirib ki, Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təliminin birinci mərhələsində hərbi qulluqçuların tapşırıqları peşəkarcasına yerinə yetirməsi kurslarda qazanılanların nəticəsidir. İnanırıq ki, ixtisas hazırlığı kurslarını uğurla başa vuran əsgərlərimiz də hər zaman nümunəvi xidmətləri ilə seçiləcəklər.

Çıxışların ardından əsgərlər müxtəlif ixtisaslar üzrə qazandıqları bilik və bacarıqları nümayiş etdiriblər.
Bölmələrin təntənəli keçidi ilə gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar.