Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların Vətən müharibəsində şəhid olan və yaralanan hərbçilərinin sayı açıqlanıb.

DİN-in Mətbuat xidmətindən Open.az-a bildirilib ki, uzun illər işğal altında qalan torpaqlarımızın düşməndən azad edilməsi, tarixi ədalətin bərpa olunması uğrunda gedən döyüşlərdə Daxili Qoşunlarının yüzlərlə hərbi qulluqçusu iştirak edərək cəsarət və igidlik nümunələri göstərib.

Onlardan 66 nəfəri şəhidlik zirvəsinə yüksəlib, 346 nəfəri yaralanıb.