Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Vətən müharibəsində şəhid olan çavuşu Vəliyev Ramazan Hilal oğlu barədə məlumat yayıb.

Open.az xəbər verir ki, Türkmənistan Respublikasında doğulan R.Vəliyev Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.

Allah rəhmət eləsin!