12:29

Bakı şəhərinin azad olunmasının 102-ci ildönümü ilə əlaqədar sentyabrın 15-də saat 14.00-dan etibarən Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları keçiriləcək.

Bu barədə Open.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunacaq.

***

Bakının azad olunmasının 102-ci ildönümü ilə əlaqədar Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları keçirilib.

Müdafiə Nazirliyindən Open.az-a verilən məlumata görə, uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunub.