Ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi icra olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Open.az-a bildiriblər ki, təlimlərin bu mərhələsində bölmələr silah və zirehli texnikanın tətbiqi ilə müxtəlif relyefli ərazilərdən keçməklə əks-hücum əməliyyatının təşkili və keçirilməsi, şərti düşmənin canlı qüvvəsi və döyüş texnikasına qabaqlayıcı zərbələrin endirilməsi və strateji cəhətdən əlverişli rayon və hədlərin azad olunması üzrə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

Bölmələr döyüş düzülüşünün digər elementləri ilə qarşılıqlı əlaqədə yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulmuş tapşırıqları uğurla icra ediblər.

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimlərinin növbəti mərhələsi icra olunub