Azərbaycan Ordusunda koronavirusa yoluxma halı yoxdur.

Open.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə gğrə, orduda bu məsələ nəzarət altındadır: "Mən bu barədə bu gün Azərbaycanın müdafiə naziri, general polkovnik Zakir Həsənovla da danışmışam. O bildirib ki, hazırda vəziyyət nəzarətdə saxlanılır. Əfqanıstandakı sülhməramlılarımız arasında bir hərbçimizdə virus aşkarlanmışdı, o da dərhal Azərbaycana gətirilərək karantinə götürülüb.

Hazırda orduda vəziyyət nəzarətdədir. Hərbi hissələrin tibb xidmətləri də hərbçilər arasında testlər keçirir və vəziyyətə xüsusi nəzarət olunur".