Sentyabrın 27-də əks hücum əməliyyatı başlayandan Azərbaycan Ordusunun işğaldan azad etdiyi yaşayış məntəqələrinin sayı açıqlanıb.

Open.az xəbər verir ki, oktyabrın 23-dək Azərbaycan Ordusunun Qarabağda başladığı uğurlu əks hücum əməliyyatı nəticəsində 3 şəhər, 3 qəsəbə, 148 kənd və Murovdağ zirvəsi də daxil olmaqla bir sıra strateji yüksəkliklər işğaldan azad edilib.