Azərbaycan Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Moskva şəhərində keçirilən VIII Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək nazirinin beynəlxalq əlaqələr üzrə müavini briqada generalı Mohamməd Əhadinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Open.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib.