“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsi başa çatıb.

Müdafiə Nazirliyindən Open.az-a verilən məlumata görə, yarışların nəticələrinə və hakimlərin qərarına əsasən, 12 komandanın qatıldığı müsabiqədə toplanılan ballara uyğun olaraq Qazaxıstan komandası birinci, Rusiya komandası ikinci, Özbəkistan komandası üçüncü, Azərbaycan komandası isə dördüncü yerlərə layiq görülüblər.


“Artilleriya atəşinin ustaları” müsabiqəsi başa çatıb