AzTV Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri olan Tarıverdiyev Nicat Şöhrət oğlu haqda süjet hazırlayıb.

Open.az xəbər verir ki, qəhrəmancasına döyüşən Nicat qələbəyə saatlar qalmış şəhid olub.

Evin tək övladı olan Nicat Bakıda doğulub. 132-134 saylı təhsil kompleksinin məzunu olub. O, ali təhsilini Kooperasiya Universitetində alıb. Nicat doğum günündə - noyabrın 17-də II Fəxri Xiyabanda torpağa taşırılıb.