ABŞ-ın Texas ştatında Hərbi-Dəniz Qüvvələrinin bazasında atışma baş verib.

Open.az xəbər verir ki, hadisə nəticəsində bazanın təhlükəsizlik xidmətinin əməkdaşı yaralanıb.

Atəş açan şəxs zərərsizləşdirilib. Hazırda bazanın bütün giriş-çıxışları bağlanıb.

Hadisənin motivləri ilə bağlı araşdırma aparılır.