"Zirə" futbol klubunun yeni baş məşqçisi Zaur Həşimovun ilk köməkçisi müəyyənləşib.

Open.az xəbər verir ki, o, Azər Məmmədovu öz korpusuna daxil edib.

A.Məmmədov bunadək "Qarabağ"da fəaliyyət göstərib. U-16 yığmasından ayrılandan sonra Ağdam təmsilçisinə üz tutan A.Məmmədov ötən günədək əvəzedici heyəti çalışdırıb.