Bakıda aptekdən soyğunçuluq edilib.

Open.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda baş verib.

Belə ki, "Zeytun" apteklər şəbəkələrindən birində satıcı işləyən A.Allahverdiyevaya qarşı soyğunçuluq edilib. Naməlum şəxs aptekə gələrək kassada olan 2000 manat pulu talayaraq hadisə yerindən qaçıb.

Hadisəni törədən şəxsin axtarışları davam etdirilir.