Zaqatalada mağazadan oğurluq edənlər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, yanvarın 18-nə keçən gecə Çökək kəndi ərazisindəki mağazaların birindən qapını sındırmaq yolu ilə 100 manat pul, tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri olan 3 nəfər saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.