Zaqatalada mənzildən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 14-də rayon ərazisindəki evlərin birindən 5000 manat və 200 ABŞ dolları, habelə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Xəzəl Bəkirova saxlanılıb.

Səlcuq Elçin