Bakıda piyadanın ölümü ilə nəticələn ağır-yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, dekabrın 5-də saat 18 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində qəsəbə sakini Nüslət Abdullayev idarə etdiyi “VAZ-2104” markalı avtomobillə yolu keçən həmyerlisi Əzizağa Kərimovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Araşdırma aparılır.

Səlcuq Elçin