Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1986-cı il təvəllüdlü Cəfərov Cəfər Sahib oğlunun axtarışları başa çatıb.

Bu barədə Open.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

C.Cəfərovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***

09:15

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

FHN-dən Open.az-a bildiriblər ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Qeyd edilir ki, əlavə məlumat veriləcək.