Yeni Zelandiyanın Gisborn bölgəsinin sahillərində 7,3 bal gücündə zəlzələ olub.

Open.az xəbər verir ki, bunu ABŞ Geologiya Xidməti (USGS) açıqlayıb.

Məlumata görə, yeraltı təkanın episentri Gisborndan 238 km məsafədə - okeanda qeydə alınıb.

ABŞ 10 km dərinlikdə baş verən zəlzələ ilə əlaqədar sunami xəbərdarlığını edib.

Dağıntı və itkilər barədə hələlik məlumat verilməyib.