Bakıda yataqxanada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Open.az-a verilən məlumata görə, paytaxtın Nizami rayonunda beşmərtəbəli yataqxana binasının üçüncü mərtəbəsində ümumi sahəsi 12 kv.m olan otaqda 2 kv.m sahədə yataq dəsti yanıb.

Məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilib.

Otaq yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.