Bakı şəhərinin Yasamal rayonunda “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Open.az-a məlumat verilib.

Bildirilir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.