Yasamalda mağaza yanıb.

FHN-dən Open.az-a verilən məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 12 m² olan tikilinin (mağaza kimi fəaliyyət göstərir) içərisində 2 ədəd məişət avadanlığı qismən yanıb. Tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.