İyunun 12-də saat 13 radələrində Yardımlı rayonunun Horonu kəndinin otlaq sahəsində Köryədi kənd sakini C.Əbişov idarə etdiyi “KamAZ” markalı avtomobili dərəyə aşırıb.

DİN-in Mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, nəticədə sərnişinlərindən Arvana kənd sakini Namiq Həsənov hadisə yerində ölüb, sürücü və digər 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Yardımlı RPŞ tərəfindən araşdırma aparılır.