Yaponiyanın cənub-qərbində davam edən daşqınlar nəticəsində azı 15 nəfər həlak olub.

Open.az-ın məlumatına görə, Kumamura prefekturasında Kumaqava çayının daşması nəticəsində qocalar evini su basıb.

Ölənlərin 14 nəfəri burada aşkar edilib. Daha bir nəfə yaxınlıqdakı kənddə həyatını itirib. Hazırda 9 nəfər itkin düşmüş hesab edilir.

Qeyd edək ki, təbii fəlakətlə əlaqədar regionda 200 min sakinə təxliyə tövsiyəsi verilib.