Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğın söndürən zaman Fövqəladə Hallar Nazirliyinin əməkdaşı xəsarət alıb.

Bu barədə Open.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, FHN işçisinin sağ əli kəsilib, o, 3 saylı xəstəxanaya aparılıb.

O da qeyd edilib ki, hadisə yerinə nazirliyin 6 həkim briqadası cəlb olunub.