Xocalıda əsir düşmüş Valeh Hüseynov başına gələn işgəncələri danışıb.

Open.az xəbər verir ki, Xəzər TV-də yayımlanan "Vaxtı Gəldi" verilişinə qonaq olan Valeh Hüseynov yaşadığı dəhşətli anları izləyicilərlə bölüşüb:

"Onlar məni ağacla vurdular. Yıxıldım. Əllərimin üzərinə çıxdılar və barmaqlarım qırıldı. Kəlbətinlə dişlərimi çıxardılar. Huşumu itirdim. Özümə gələndə vurdular, qaz peçinin üzərinə yıxıldım. Mənim əlimdən tutub zorla isti peçi düzəltdirdilər. Ayaqlarımdan tutub sürüyürdülər məni.

Toylarda "Qarabağ şikəstəsi"ni ifa edirdim. Onlar barmaqlarımı qırdılar və dedilər ki, ömür boyu o mahnını çala bilməyəsən. Mən onlara yalvarırdım ki, məni öldürsünlər. Məni əsirlikdən gətirəndə yumağa bir yerimi tapmırdılar. Hər yerim yara idi. Xocalıdakı qadın-qızların başına nə oyun açırdılar".