Bakıda piyadanın vurulması ilə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.

Open.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunun Xocahəsən qəsəbəsində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Hüseynov Valeh Rafiq oğlu yolu keçərkən onu avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.

Yaralının vəziyyəti ağır qiymətləndirildiyi üçün reanimasiya şöbəsinə yerləşdirilib.