Abşerondan Salyan sakinində silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının Xırdalan şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini, əvvəllər məhkum olunmuş R.Əzizovdan “AKM” markalı silah, 1 ədəd patron darağı və 29 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.