Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 25 m² olan taxtadan ibarət köşkün yanar konstruksiyaları 16 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Open.az-a verilən məlumata görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.