Xalq artisti Brilliant Dadaşova və Röya Ayxan arasında qalmaqal yaşanıb.

Open.az xəbər verir ki, Röya Ayxan İctimai televiziyanın "3 D" verilişində həmkarının bostanına daş atıb.

O, Brilliant Dadaşovanın sosial şəbəkədə erməni ifaçının mahnısına super yazmasını tənqid edib:

"Onda niyə şərhi sonra pozdu? Deməli, öz etdiyinə inanmaq istəmədi. Nə qədər desək də, musiqinin milliyəti yoxdur... Danışmadığım müğənninin mahnısını zümzümə edərəm. Amma millətimi incidənə "super" yazmaram. Çünki mən qarabağlıyam, nəslim yurdundan ayrı düşüb, hamısının əziyyətini çəkirəm. Hələ bu qədər əziyyət qabağında "super" yazacam? Heç vaxt, istəyir mahnımı gözəl oxusun. Brilliant xanımla bu barədə razı deyiləm, bundan sonra da olmaram. Fikrini deyib, sonra, pozub".