Xaçmaz-Xudat yolunda baş verən yol qəzası zamanı 5 nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.
Hazırda yaralıların müalicəsi travmatologiya şöbəsində davam etdirilir.