ABŞ-ın "Washington Post" qəzeti Türkiyədə itkin düşən səudiyyəli jurnalist Camal Kaşıkçı ilə bağlı yeni iddia ortaya atıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyədə olan ABŞ rəsmiləri Kaşıkçının öldürüldüyünü sübut edən səs və görüntülərin əllərində olduğunu irəli sürüblər. Jurnalistin oktyabrın 2-də konsulluq binasından içəri girdikdən sonra saxlanılıb aparıldığı, onu öldürdükdən sonra bədəninin hissələrə ayırdıqları bildirilib.

Qəzetə danışan amerikan və türk rəsmiləri Kaşıkçının öldürülməsində Səudiyyə Ərəbistanının barmağı olduğunu qeyd edib.

"Konsulluq içərisində qeyd edilən səs yazısı Kaşıkçı binaya girdikdən sonra nələr olduğunu əks etdirir. Jurnalistin və ərəbcə danışan adamların səsi eşidilir. Ona işgəncə edildiyi və sonra öldürüldüyü eşidilir", - deyə naməlum mənbə açıqlama verib.

Qeyd edək ki, tanınmış müxalifətçi ərəb jurnalist, “Washington Post” yazarı Camal Kaşıkçı oktyabrın 3-də Türkiyədə yoxa çıxıb.

Gülnar Qafarlı