Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Open.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 17-də saat 19 radələrində Beyləqan rayonunun İmamverdilər kəndi ərazisində Ağcabədi rayon sakini V.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə velosipedlə yolu keçən Qarallar kənd sakini Fərhad Əhmədovu vurub.

Nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən qraşdırma aparılır.