Naxçıvanın Babək rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Open.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, oktyabrın 13-də saat 17 radələrində Babək rayonunun Nehrəm kəndi ərazisində kənd sakini Cavid Qənbərov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmkəndlisi Həkimə İbrahimovanı vurub.

Nəticədə xəstəxanaya yerləşdirilən piyada oktyabrın 15-də orada ölüb.

Faktla bağlı Babək Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.