Ucar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Open.a "Report”a istinadən xəbər verir ki, Qazıqumlax-Qaradağlı kəndləri istiqamətində hərəkətdə olan “VAZ-2106” markalı minik maşını velosipeddə olan rayon sakini Abdullayev Xalid Sədri oğlunu vuraraq ona ağır xəsarət yetirib. Nəticədə velosipedçi yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Goranboyda məktəblini avtomobil vurub.