Türkiyənin Antalya vilayətinin Qazipaşa rayonunda Rixter cədvəli üzrə 5,2 bal gücündə zəlzələ olub.

Open.az Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla xəbər verir ki, yeraltı təkan Türkiyə vaxtı ilə saat 15:44-də qeydə alınıb.

Xəsarət alanlar və dağıntı barədə məlumat yoxdur.