Sabirabad rayonun Bala Həşimxanlı kəndində toy məclisi təşkil edənlər cərimələnib.

Open.az DİN-ə istinadən xəbər verir ki, kənddə E.Əsədovun öz evinin həyətində toy məclisi təşkil etdiyi müəyyən edilib. Həmin məclisdə 20 nəfərə yaxın şəxs toplaşaraq xüsusi karantin qaydalarını kobud şəkildə pozublar.

Polis əməkdaşları tərəfindən məclisdə iştirak edən 9 nəfər saxlanılıb. Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokollar tərtib olunaraq cərimə ediliblər.