Tovuzda həkimin evindən oğurluq olub.

Open.az-ın məlumatına görə, martın 14-dən 15-nə keçən gecə naməlum şəxs və ya şəxslər Tovuz rayonu, Əyyublu kənd sakini olan 1957-ci il təvəllüdlü Tovuz rayon Müalicə Diaqnostika və Hemodializ mərkəzində həkim-nevropatoloq vəzifəsində işləyən kənd sakini Məmmədov Aydın Fərman oğlunun evindən oğurluq edilib. Belə ki, oğrular evin pəncərəsindən daxil olaraq, birinci mərtəbədəki dəmir seyfi açıb. Seyfdə olan 30 000 dolları və 1 500 manat məbləğində nağd pulu oğurlayıb.

Faktla bağlı toplanmış materiallar əsasında Tovuz RPŞ-də cinayət törətmiş şəxslərin müəyyən edilməsi yönündə axtarış işi davam etdirilir.

Şəfiqə Nazimqızı