Tovuz rayonunun Hunanlar kəndində ümumi sahəsi 104 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 54 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Open.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Digər yanğın Sumqayıt şəhərində baş verib. Ümumi sahəsi 100 m² olan dülgər sexinin dam örtüyünün taxta atmaları və arakəsmə divarı 20 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.