Tovuz rayonunda 37 yaşlı kişini cərəyan vurub.

Open.az xəbər verir ki, rayon sakini, 1983-cü il təvəllüdlü Nəsimi Sadıqovu ehtiyatsızlıqdan elektrik cərəyanı vurub.

O, yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin tibbi müayinəsindən sonra onun öldüyü məlum olub.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.