Tərtərdə ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, Tərtər rayonunun İrəvanlı kənd sakini Elcan Mahmudovun idarə etdiyi “VAZ-21154” və Mingəçevir şəhər sakini Sübhi Abbasovun idarə etdiyi “Hyundai” markalı yük avtomobili toqquşub.

Nəticədə xəstəxanaya yerləşdirilən E.Mahmudov orada ölüb.


Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.