İfaçı Təranə Qumral aparıcı Nanə Ağamalıyevanın "Şou Atv" verilişinin qonağı olub.

Open.az xəbər verir ki, Qumral illər ərzində keçirdiyi çətin məqamlardan danışıb. O, keçmişi xatırlayarkən göz yaşlarını saxlaya bilməyib:

“Mən heç vaxt ağlamağı sevməmişəm. Siz bilirsiniz ki, səhnədə bir çox çətinliklərə sinə gərdim. Amma ağlamadım. İstəmirəm çox danışım. Danışdıqca insanın psixologiyası pozulur. Bunlar qabıq bağlamayan yaralarımdır. 5 il öncə mənə güclü qadınsınız demişdiniz. Yaralarımın üstü açıqdır. Mən elə şeylər yaşamışam ki, gizli-gizli ağlamışam. Əslində isə zəifəm. Gördüyünüz kimi qəddar ya da hökmdar deyiləm. Zərifliyim qadın olmağımdandır, öz hisslərim var”.