Dövlət Gömrük Komitəsi (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə mobil telefonların və dərman preparatlarının qanunsuz yolla ölkəmizə gətirilməsinin qarşısını alıblar.

Bu barədə Open.az DGK-ya istinadən xəbər verir.

Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan "DAF" və " Volvo" markalı yük nəqliyyat vasitələrinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətinə bəyan edilməyən 7 ədəd "İPhone 11 64 GB", 3 ədəd " İPhone 11 Pro Max 64 GB", 2 ədəd " İPhone 11 Pro 256 GB" markalı mobil telefonlar və 2 500 kapsul dərman preparatı aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.