16:14

Bakıda güclü yanğın başlayıb.

Open.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektindən üzü "Baksol" yolu istiqamətində taxta bazarında qeydə alınıb.

Hazırda yanğın olan əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub.

***

16:37

Nərimanov rayonunda "taxta bazarı" kimi tanınan yerlə üzbəüz obyektdə baş verən yanğınla bağlı hadisə yerinə 10 Təcili Yardım briqadası göndərilib.

Bu bərədə Open.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, hələlik Təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib. Xəsarət alanlar barədə məlumat daxil olarsa, bu barədə əlavə məlumat veriləcək.

***

17:08

Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Open.az-a bildirilib ki, onların hər ikisi FHN-in yanğınsöndürənləridir.

***

Bakıda taxta bazarında baş verən yanğın zamanı 6 nəfər xəsarət alıb.

Bu barədə Open.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə nəticəsində xəsarət alanlardan 5 nəfər Fövqəladə Hallar nazirliyinin əməkdaşıdır: "Xəsarət alanlardan 3 FHN əməkdaşına yerində ilkin tibbi yardım göstərilib. 2 nəfər FHN əməkdaşı, 1 nəfər isə adi vətəndaş xəstəxanaya yerləşdirilib".

Xatırladaq ki, paytaxtın Nərimanov rayonu ərazisində taxta bazarı adlanan ərazidə güclü yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları ilə yanaşı Səhiyyə Nazirliyinin 10 təcili tibbi yardım briqadası da cəlb edilib.Bakının məşhur taxta obazarında güclü yanğın