Bakının mərkəzində yanğın olub.

Open.az FHN-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Nizami küçəsində yerləşən restoranda qeydə alınıb.

Binasının zirzəmisində ümumi sahəsi 100 m² olan restoranda 1 ədəd səsgücləndirici cihaz və 1 ədəd masa yanıb. Restoran və bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.