Türkiyənin paytaxtı Ankarada sürücü avtobusu piyadaların üzərinə sürüb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər yaralanıb.

Yaralılardan bir qadının avtobusun altında qaldığı bildirilib. Onlar xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri araşdırılır. Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı