Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Open.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “Mitsubishi” markalı minik avtomobili yol kənarındakı beton plitəyə çırpılıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1968-ci il təvəllüdlü Dadaşova Tacirə Fəxrəddin qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.