Sumqayıtda “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda baş verən yanğın söndürülüb.

Bu barədə Open.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva deyib.

Qeyd edək ki, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın “Azərkimya” İB-nın Etilen-Polietilen zavodunda baş verən yanğında 7 nəfər xəsarət alıb.

Yaralılardan 6-ı Bakıya gətirilib. Biri isə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.