Sumqayıt şəhərində üçmərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 m² olan anbarın yanar konstruksiyaları və içərisindəki geyim əşyaları 60 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Open.az-a verilən məlumata görə, ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.